İstanbulda lalə festivalı

İstanbulda lalə festivalı davam edir.

240776
İstanbulda lalə festivalı

İstanbulda keçirilən Lalə Festivalı çərçivəsində, toxunan çiçək xalçaya böyük maraq var.

İstanbulun simvolu olan bu çiçəkdən dünyada ilk dəfə bir xalça toxunub. Məqsəd, laləni Türkiyənin simvolu kimi tanıtmaqdır.

Çiçək xalça üçün bənövşəyi, sarı, qırmızı və narıncı rəngli çiçəklərdən istifadə edilib.

Dünyada toxunan belə xalçalardan Sultanahməddəki nümunənin fərqliliyi isə canlı lalərdən hazırlanmasıdır.

Ötən həftə başlayan Festival çərçivəsində İstanbulda 30 milyon lalə əkilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr