Mersinli Laçın Akyol dünya üzrə üçüncü olub

Mersin Universiteti Dövlət Konservatoriyası Skripka bölümünün 8 yaşlı şagirdi Laçın Akyol Belçikanın Namur şəhərində təşkil edilən Beynəlxalq “Grumiaux” Gənc Skripkaçılar Yarışmasında öz kateqoriyasında 23 iştirakçını geridə qoyaraq dünya üzrə 3-cü olub.

230911
Mersinli Laçın Akyol dünya üzrə üçüncü olub

  Almaniya, Fransa, Rusiya, Estoniya, Sinqapur, Yaponiya, Finlandiya, Latviya, Belçika, Litva və Hollandiya kimi dünyanın bir çox ölkəsindən gələn gənc skripkaçıların iştirak etdiyi yarışmada Laçın Akyol, eyni zamanda, adını “Ümid vəd edən skripkaçılar” siyahısına yazdırıb.

  Laçın Akyolun skripka ifaçısı anası və balet ustası atasının dediklərinə görə, “yarışmaya 2 aydır hazırlaşdıqlarını, ona görə nəticəni sürpriz kimi qəbul etdiklərini” deyiblər.

  Gələcəyin skripka virtuozu olacaq Laçın qatıldığı ilk böyük yarışmada yer qazanmasından sevindiyini dilə gətirərək, qarşıda daha çox çalışaraq solist-skripkaçı kimi konsert verməyi düşünür.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr