Yaponiyada sakura zamanı

Yapon mədəniyyətində çox xüsusi yeri olan albalı ağaclarının çiçəklənməsi parklara gələnlərin sayını artırır. Çiçəklər sanki həm həyatın gözəlliyini, həm də ölümün aniliyini göstərir.

288400
Yaponiyada sakura zamanı

  Yaponlar həyatlarındakı mühüm başlanğıcları, məsələn, evlənəcəkləri, yeni bir işə başlayacaqları və ya tətilə çıxacaqları günləri təbiətin bu çiçəklənmə dövrünə - sakura zamanına salırlar.

  Bu ərəfədə meteoroloji idarənin əsas həssas vəzifələrindən biri o günü əvvəlcədən düzgün xəbər verməkdir. Məsələn, bu il çiçəklər keçən ilə görə 2 gün əvvəl açıb.

  Yaponların min illik ənənəsi dünyanın dörd bir yanından gələn yüz minlərlə turisti də parklara cəlb edir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr