Çanaqqala Zəfərinin 100-cü ildönümü Avstraliyada da qeyd olunub

Paytaxt Kanberrada (Canberra) təşkil edilən "Geliboludan sonra 100 il" konfransının açılışında Avstraliya Müdafiə naziri Kevin Andrews çıxış edərək deyib ki, “Mustafa Kamal Atatürk döyüşü iki ölkə arasından sülh və dostluqla çıxara bildi”.

270522
Çanaqqala Zəfərinin 100-cü ildönümü Avstraliyada da qeyd olunub

  İki gün davam edəcək konfransda tarixçi alimlər Çanaqqala müharibəsilə bağlı araşdırmalarını məruzə edəcəklər.

  Mövzuyla əlaqədar digər konfrans Sidneydə (Sydney) olacaq.

  Türkiyənin Kanberradakı səfirliyi də Çanaqqala Zəfərinin 100-cü ildönümüylə bağlı ölkənin görkəmli xadimləri və səfirlərin iştirakyla tədbir keçirib.

  Bu il təşkil ediləcək Gelibolu Oyunlarının məşəli Kanberradakı Müharibə Muzeyi qarşısında yandırılıb.

  Xatırladaq ki, Gelibolu yarımadasında startı veriləcək oyunlarda Türkiyə, Avstraliya, Yeni Zelandiya, Fransa, Hindistan, Almaniya və İngiltərədən olan idmançılar müxtəlif növlər üzrə mübarizə aparacaqlar.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr