"Bu hesabla mən qismən türkəm", Hugh Jackman

“Wolverine”, “X-Men” və “Səfillər” filmləriylə tanınan məşhur aktyor Huuq Cekmen (Hugh Jackman) İstanbuldadır.

266366
"Bu hesabla mən qismən türkəm", Hugh Jackman

  Pərəstişkarlarına səhnə performansı təqdim edəcək aktyor müsahibəsində belə söyləyib: “Etdiyim işi eşqlə görürəm. Mahnıları oxuyarkən axarına buraxıram. Repertuarımda klassik Brodway parçaları da olacaq. “Səfillər”i izlədinizsə, ondan da musiqi eşidəcəksiniz.”

  Avstraliyalı aktyor "Mənim atamın atası İstanbulda yaşayıb. Bu hesabla mən qismən türkəm. İstanbula ikinci dəfədir gəlirəm. Avstraliya ilə Türkiyənin tarixi bağları var. Gözəl bir təsadüfdür ki, konsertim Çanaqqala döyüşlərinin 100-cü ildönümündə düşür'' deyə ürək sözlərini paylaşıb.

  Avropada ilk dəfə Türkiyədə səhnəyə çıxacaq Hugh Jackman Broadway klassik əsərlərindən 26 musiqi nömrəsi səsləndirəcək.

  Konsert 17-20 mart tarixlərində olacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr