Tanınmış yazıçı Yaşar Kamal dünyasını dəyişdi

Türkiyə ədəbiyyatının görkəmli yazıçılarından biri olan Yaşar Kamal 14 yanvar 2015-ci ildə tənəffüs çatışmazlığı səbəbiylə İstanbul Universiteti Çapa Tibb Fakültəsi Xəstəxanasına yerləşdirildi.

243567
  Tanınmış yazıçı Yaşar Kamal dünyasını dəyişdi

  Reanimasiyaya alınan yazıçıya süni tənəffüs dəstəyi tətbiq edildi, orqanlarının çoxunda qeyri-kafilik müəyyən olundu.

  Xəstəxanaya götürüldükdən 1 ay yarım sonra dünən mart ayının 1-ində Yaşar Kamal 92 yaşında həyatını itirdi.

  Yazıçının ölümüylə bağlı İstanbul Universiteti Çapa Tibb Fakültəsi Xəstəxanasında mətbuat konfransı keçirildi.

  Xatırladaq ki, Yaşar Kamal 1923-ci ildə Osmaniyenin Gökçedam kəndində anadan olub. Yazıçının hekayə və romanları təxminən qırx dilə çevrilərək ölkə içi və xaricində dərc edilib.

  Yaşar Kamal əsərlərinin çoxunda Anadolunun əfsanə və rəvayətlərindən faydalanıb. PEN Yazarlar Dərnəyinin üzvü, Nobel Ədəbiyyat Mükafatına namizəd göstərilən ilk Türkiyəli yazıçı idi.

  Yaşar Kamal bu gün Teşvikiye məscidində qılınacaq günorta namazından sonra torpağa tapşırılacaq. 15.30-da isə Lütfi Kırdar Konqres Mərkəzində yazıçı ilə bağlı mərasim təşkil ediləcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr