"Boşanmasaydıq da, o, bu filmdə olmayacaqdı", Ata Demirer

Tanınmış komik aktyor Ata Demirer 15 il əvvəl bir xarakter olaraq meydana gətirdiyi baytar həkim Niyazi Gül obrazıyla bağlı bu ay yeni filmin çəkilişlərinə başlayıb.

230512
  "Boşanmasaydıq da, o, bu filmdə olmayacaqdı", Ata Demirer

  May ayında nümayişə olunacaq “Niyazi Gül dördnala” (“Niyazi Gül dörd nalla qaçır”) filminin rejissoru Hakan Algül, baş rollarda isə Ata Demirer, Demet Akbağ, Levent Ülgen, Şebnem Bozoklu və Ferit Kayadır.

  Ata Demirer ondan bir ildə iki film gözləyənlərə bu cavabı söyləyib: “Filmin ssenarilərini, ümumiyyətlə, özüm yazaram. Ardıcıl istehsal keyfiyyəti aşağı salır. Ssenari məsələsi asan iş deyil. Bir fikrin gəlməsi, yerləşməsi və yazılması istədiyin hər ay olmur.”

  Yeni ayrıldığı həyat yoldaşı Özge Boraka necə, bu filmdə rol veriləyəcəkmi?

  Bu barədə Ata Demirer: “Özge Borakla ayrılsaq da, filmi çəkməyə davam edirik. Lakin Özge xanım bu filmdə yoxdur. Boşanmasaydıq da, Özge “Niyazi Gül dörtnala”da olmayacaqdı. Özge ilə Bursada çəkəcəyimiz filmdə kamera qarşısına keçəcəyik. O filmin hekayəsini isə indidən deyə bilmərəm” deyib.

  Qarşıdakı planları barədə soruşulduqda “Hər zaman yeni işlər görmək məcburiyyətindəyəm. Yay üçün başqa bir layihəm var. Həmişə eyni işlərin davamını edərək qısa ömrümü xərcləmək istəmirəm. Nə qədər yenilik var, o qədər gözəllik vardır. Sağlamlığımın imkan verdiyi qədər çalışacağam”, - deyə Ata Dəmirəl tamaşaçılarına bu sözləri ünvanlayıb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr