"Apple" şirkətinin qurucusu Steve Jobs haqqında film

Hal-hazırda çəkilməkdə olan “Steve Jobs” filmilə əlaqədar yeni xəbərlər yayılmağa başlayıb.

215730
"Apple" şirkətinin qurucusu Steve Jobs haqqında film

  Bu avtobioqrafik film “Apple” şirkətinin qurucu ortaqlarından biri və 2011-ci ildə dünyasını dəyişən Stiv Cobsun (Steve Jobs) həyatından bəhs edir. Ssenari müəllifinin Aaron Sorkin və rejissorunun Danny Boyle olması filmin yaxşı gəlir gətirəcəyindən xəbər verir.
  Bəs film ekranlara nə zaman çıxacaq? Bu barədə nə zamandır ki, mətbuatda fikirlər gəzir. “Universal” Film İstehsal Şirkətindən bildiriblər ki, bu söz-söhbət artıq rəsmiləşməkdədir. Yəni “Steve Jobs” film bu ilin oktyabr ayında, təxminən ayın 9-unda mükafatlar mövsümünə qədər təqdim olunacaq.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr