"Qızıl ayı" üçün 19 film

Bu il festivala Cate Blanchett, Natalie Portman, Stellan Skarsgard, Charlotte Rampling və Christian Bale kimi məşhur artistlər də qatılacaq

195469
"Qızıl ayı" üçün 19 film

  5-15 fevral tarixlərində 65-ci Beynəlxalq Berlin Film festivalı keçiriləcək. Artıq "Qızıl Ayı" və "Gümüş Ayı" mükafatları üçün 19 film müəyyən edilib: Almaniya və ABŞ-ın birgə istehsalı olan, Werner Herzogun 'Queen of the Desert', yenə Almaniyadan Sebastian Schipperin 'Victoria', Andreas Dresenin 'Als wir traeumten', Amerikadan Terrence Malickin 'Knight of Cups', İspaniyadan Isabel Coixetin 'Nobody Wants the Night", İngiltərədən Peter Greenawayin 'Eisenstein in Guanajuato', Andrew Haighin '45 Years", İrandan Cəfər Pənahinin 'Taksi', Fransadan Benoit Jocquot-un 'Journal d'une femme də chambre', Guatemaladan JAYROE Bustamante 'Ixcanul Volcano', Rusiyadan Aleksei Germanın 'Under Electric Clouds', Polşadan Malgorzata Szumowskanın 'Body', Vyetnamdan Di Phan Dangın 'Cha va con va', Çindən Wen Jiangin 'Yi bu zhi yao', Rumıniyadan Radu Jude'nin 'Aferim!', Çilidən Patricio Guzmanın 'Der Perlmuttknopf', Pablo Larrainin 'The Club', Yaponiyadan Sabu-nun 'Chasuk s Journey" və İtlayadan Laura Bispurinin 'Sworn Virgin".
  Festivalın açılışı İsabel Coixetin "Nobody Wants the Night" filmi ilə başlayacaq. Mükafatlar sahiblərinə 14 fevralda təqdim olunacaq. Bu il festivala Cate Blanchett, Natalie Portman, Stellan Skarsgard, Charlotte Rampling və Christian Bale kimi məşhur artistlər də qatılacaq.

  Qeyd edək ki, festivalın müsabiqə hissəsində bu il Türkiyədən film yoxdur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr