Nobel sülh mükafatına layiq görülǝn ǝn gǝnc şǝxs

Pakistanlı Malala, Nobel sülh mükafatına layiq görülǝn ǝn gǝnc şǝxs olub.

143702
Nobel sülh mükafatına layiq görülǝn ǝn gǝnc şǝxs

Pakistanlı Malala, Nobel sülh mükafatına layiq görülǝn ǝn gǝnc şǝxs olub.
Mükafat, Norveçin paytaxtı Osloda tǝşkil edilǝn mǝrasimdǝ Pakistanda qızların tǝhsili üçün kampaniya yürüdǝn 17 yaşındakı Malala Yusufzay ilǝ tǝhsil sahǝsindǝ könüllü işlǝyǝn hindli Kailaş Satyarhiyǝ tǝqdim edilib.
Oslo Bǝlǝdiyyǝ sarayında tǝşkil edilǝn mǝrasimdǝ çıxış edǝn Nobel Komitǝsinin sǝdri, gǝnc Müsǝlman bir qız vǝ yaşlı deyilǝ bilǝcǝk hindli bir kişi, dünyanın ehtiyacı olan şǝyin simvoludur:ölmkǝlǝr arasında birlik vǝ qardaşlığın” deyib.
Komitǝ sǝdri, biliyin demokratiya vǝ azadlıq gǝtirdiyini vurğulayıb.
Pakistanlı Malala, Talibanın qız məktəblərini dağıtmasına qarşı çıxıb, 2012-ci ildə başından güllələnmişdi.
Satyarthi isǝ ömrünü, 30 ildir uşaqların qaraqulluqdan vǝ çǝtin iş hǝyatından xilas edilǝrǝk maariflǝndirilmǝsinǝ hǝsr edib.

17 yaşlı Nobel mükafatçısı, pakistanlı ictimai fəal Malala Yusufzay da Osloda Nobel Sülh Mükafatının təqdimetmə mərasimində çıxış edib.
Çıxışına “Bismillahir-rəhmanir-rəhim” cümləsi ilə başlayan M.Yusufzay bu hadisəni böyük xoşbəxtlik adlandırıb.
O, ilk növbədə valideynlərinə, xüsusilə də atasına təşəkkür edib: “Atama təşəkkür edirəm ki, mənim qanadlarımı qayçılamadı və uçmağa icazə verdi”.
Nobel Sülh Mükafatını alan ilk pakistanlı və ən gənc laureat olaraq Yusufzay bu mükafata layiq görülən digər şəxsin 60 yaşlı hindistanlı Kaylaş Sityarti olmasına da toxunub: “Mən şadam ki, dünyaya göstərə bilərik: biz pakistanlı və hindistanlılar uşaqların hüquqları üçün yanaşı dura, birgə mübarizə apara bilərik. Bəzi insanlar məni “Talibanın vurduğu qız” kimi təqdim edir, bəziləri isə uşaq hüquqları uğrunda mübarizə aparan biri kimi. İndi isə Nobel mükafatçısı kimi tanıyırlar. Amma mən sadəcə məqsədləri olan və inadkar bir insanam. Mənim dünyamda təhsil hüquqdan cinayətə çevrilib. Bir çox insan susmağı seçib. Mənsə danışmağı seçirəm”.
Ölkəsində 66 milyon qızın təhsil hüququndan məhrum olduğunu deyən Yusufzay öz hekayəsinin bir çox pakistanlı qıza da aid olduğunu və həmin insanların həyatını dəyişmək üçün qətiyyətlə mübarizə aparacağını vurğulayıb.
Mərasimdəki çıxışından əvvəl Yusufzay BBC-yə müsahibə verib və Pakistanın baş naziri olmaq arzusunu ifadə edib: “Ölkəmə daha yaxşı xidmət etməyin yolu siyasətdən və baş nazir olmaqdan keçirsə, mən qətiyyətlə bu yolu seçəcəyəm”.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr