Azәrbaycanın paytaxtı Bakıda Türkiyә mәdәniyyәt hәftәsi keçirilir

Ömər Çelik Azərbaycanın paytaxtı Bakıda təşkil edilən, Türkiyə Mədəniyyət Həftəsi tәdbirlәrinә qatılmaq üçün Bakıda sәfәrdәdir.

203580
Azәrbaycanın paytaxtı Bakıda Türkiyә mәdәniyyәt hәftәsi keçirilir

Mədəniyyət və Turizm Naziri Ömər Çelik Azərbaycanın paytaxtı Bakıda təşkil edilən, Türkiyə Mədəniyyət Həftəsi tәdbirlәrinә qatılmaq üçün Bakıda sәfәrdәdir. Türkiyə Mədəniyyət Həftəsi, Heydər Əliyev-in Abidə mәzarını ziyarәtlә başlayıb.
Bakıdakı Azərbaycan və Türk şәhitliklәrini də ziyarət edәn Ömər Çelik və nümayәndә heyәti Şəhidlik abidəsi və təmsili şəhid qəbirlərinə qərənfillər buraxıb. Azərbaycan Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev ilə bir araya gәlib. Görüşdə iki ölkə arasındakı əlaqələr qiymətləndirilib. Mədəniyyət və turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün iş qrupu yaradılması və enerji layihələrinə mədəni ölçü qazandırılması uğrunda әmәkdaşlıq edilmәsi qərarına gәlinib. İki hәmkar daha sonra Azərbaycan xalça muzeyini də gəzib.
"Türkiyə mədəniyyət həftəsi" çərçivəsində 27 noyabra dәk paytaxt Bakıda sənətkarlıq və Foto sərgiləri ilə film və teatr nümayişləri reallaşdırılacaq.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr