Beynəlxalq Boğaziçi Film Festivalına start verilib

2-ci Beynəlxalq film festivalına dünyanın müxtəlif ölkələrindən xeyli sayda gənc aktyor və rejissorlar qatılıb.

191163
Beynəlxalq Boğaziçi Film Festivalına start verilib

"Camal Rəşid Rey" Konsert Salonunda təşkil olunan 2-ci Beynəlxalq film festivalına dünyanın müxtəlif ölkələrindən xeyli sayda gənc aktyor və rejissorlar qatılıb.
Rejissor Sam Frençin “Ən Yaxşı Qısa Hərəkət Filmi" nominasiyasında “Oscar” mükafatına namizəd olan “"Buzkashi Boys/Buzkashi Uşaqları” filmi olub.
Əfqanıstanda yaşayan iki yaxın dost Rafi və Əhmədin hekayəsindən bəhs olunan film, festival iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Festivala 102 ölkədən 3 min 682 film təqdim olunub. Münsiflər heyəti, festivalda yarışacaq ilk 10 filmi təyin etdikdən sonra 50 min türk lirəsinə başa gələn “Əhməd Uluçay Böyük Mükafatı” na layiq görüləcək filmi müəyyənləşdirəcək.
Festivalın "şǝrǝf qonağı” Türkiyə-Polşa əlaqələrinin 600-cü il dönümü münasibətilə Polşa seçilib. Festivalda, Qızıl Kürə rəhbərinin köməkçisi Lorenzo Soria münsiflər heyətinin rəhbəri olacaq.
Türk kinosunun 100-cü ildönümünün qeyd olunacağı festival noyabrın 28-dək davam edəcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr