Altın Portağal Film Festivalı başlayıb

51 –ci Beynəlxalq Antalya “Altın Portağal Film Festivalı” qala gecəsi ilə başlayıb.

152895
Altın Portağal Film Festivalı başlayıb

51 –ci Beynəlxalq Antalya “Altın Portağal Film Festivalı” qala gecəsi ilə başlayıb.
Antalya Böyükşəhər Bələdiyyəsinin təşkil etdiyi Beynəlxalq Antalya “Altın Portağal Film Festivalı”nın açılış mərasimində festival üçün yarışacaq filmlər kino dünyasının məşhur simalarının təqdimatında qonaqlara və ekran qarşısındakı izləyicilərə tanıdılıb.
Gecədə çoxlu sayda film ssenaristi, rejissor və teatr aktyoru Haldun Dormen, aktyor Nilüfer Aydan, "Düşmən Yolları Kəsdi" kimi klasik Türk kinosunda imzası olan yazar Tarık Dursun Kakınça "Qürur Mükafatı" verilib.
1974-ci ildə "Alice Does not Live Here Anymore" adlı filmdəki performansına görə "Ən Yaxşı Qadın Oyunçu" Oskarını alan Ellen Burstyn də "Həyat Boyu Qürur Mükafatı" na layiq görülüb.
Oktyabrın 18-dək davam edəcək 51-ci Beynəlxalq “Antalya Altın Portağal Film Festivalı” Milli Uzun Metraj, Milli Qısa Film və Beynəlxalq Uzun Metraj olmaqla 3 kateqoriyada reallaşdırılacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr