Qızıl Qoza Mükafatları

21-ci Adana Beynəlxalq Qızıl Qoza Kinofestivalının möhtәşәm mükafat tәqdimetmә mәrasimi keçirilib.

133877
Qızıl Qoza Mükafatları

21-ci Adana Beynəlxalq Qızıl Qoza Kinofestivalının möhtәşәm mükafat tәqdimetmә mәrasimi keçirilib.
12 ekran işinin iştirak etdiyi Milli Uzun Metrajlı Film nominasiyasında "Ən Yaxşı Film Mükafatı"na rejissor Nəsimi Yetikin "Toz Ruhu" filmi layiq görülüb.
Ən yaxşı ssenari mükafatını rejissor Derviş Zaimin "Balıq" filmi qazanıb.
"Münsiflәr heyәtinin Xüsusi Mükafatı"na Toz Ruhu, Yağış Qiyamət Çiçəyi və Nərgiz xanım filmlərindəki roluna görә Səttar Tanrıöğen laiq görülüb.
Ən yaxşı rejissor nominasiyasında "Dəniz səviyyəsi" filmiylə Nisan Dağ və Esra Şəffaf qalib gәliblәr.
"Tamaşaçı Mükafatı" isə "Yağış Qiyamət Çiçəyi" filminə verilib.
Yılmaz Güney xüsusi mükafatına isə "Niyə Tarkovski Ola bilmirәm" filmi layiq görülüb.
"Ən Yaxşı aktyor" mükafatı "Dəniz səviyyəsi" filmindəki roluna görә Əhməd Rıfat Şungar və "Toz Ruhu" filmindәki roluna ğörә Tansu Biçerә verilib.
"Ən Yaxşı aktrisa" mükafatına isə "Dəniz səviyyəsi" filmindəki roluna görә Damla Sönməz və "İçimdəki Balıq" filmindәki roluna görә Deniz Özdoğan layiq görülüb.
"Ümid verən aktyor" mükafatını "Silsilə" filmindəki roluna görә Aytaç Uşun , "Umid Verən aktrisa" mükafatını isə "Nərgiz xanım" filmindәki roluna görә Begüm Akaya alıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr