Dünyanın ǝn yaxşı fotoqrafları Türkiyǝdǝ şǝkil çǝkir

31 ölkǝnin üzv olduğu Beynǝlxalq Fotoqraf Sǝnǝti Federasiyası (FİAP) konqresini ilk dǝfǝ Türkiyǝdǝ tǝşkil edib.

112358
Dünyanın ǝn yaxşı fotoqrafları Türkiyǝdǝ şǝkil çǝkir

41 ölkǝdǝn gǝlǝn dünyanın ǝn yaxşı 300 fotoqrafı bu günlǝrdǝ Türkiyǝnin müxtǝlif bölgǝlǝrindǝ şǝkillǝr çǝkmǝkdǝ davam edir.
31 ölkǝnin üzv olduğu Beynǝlxalq Fotoqraf Sǝnǝti Federasiyası (FİAP) konqresini ilk dǝfǝ Türkiyǝdǝ tǝşkil edib.
Sentiyabrın 7-dǝk Türkiyǝdǝ fǝaliyyǝtlǝrini davam etdirǝcǝk sǝnǝtçilǝr Türkiyǝnin müxtǝlif yerlǝrini gǝzǝrǝk şǝkillǝr çǝkǝcǝklǝr.
Konqresǝ ev sahibliyi edǝn Türkiyǝ Fotoqraf Sǝnǝti Federasiyasının sǝdri Sami Türkay, FİAP tǝrǝfindǝn keçirilǝn 32-ci Ağ-Qara Çap şǝkillǝrin nümayiş etdirildiyi sǝrginin ötǝn gün Ankaradakı açılış mǝrasimindǝ etdiyi çıxışda, Federasiyanın 32-ci konqresinin Türkiyǝdǝ keçirilmǝsinin çox önǝmli olduğunu vurğulayıb.
Beynǝlxalq Fotoqraf Sǝnǝti Federasiyasının sǝdri Riccardo Busi dǝ deyib ki, gözǝllik vǝ ǝnǝnǝnin bir araya gǝldiyi bu füsunkar ölkǝdǝ bizi görüşdürǝn fotoqraf sevgisi oldu. Ölkǝlǝrimizǝ geri qayıtdığımız zaman ölkǝnizin şǝkillǝrini, duyğularını da aparacayıq. Sǝmimi duyğularınız üçün sizǝ tǝşǝkkür edirik.
Tǝdbirǝ qatılan Mǝdǝniyyǝt vǝ Turizm naziri Ömǝr Çǝlik, dünyanın başa düşülmǝsindǝ fotoqrafların ayrı bir yeri olduğuna işarǝ edǝrǝk deyib ki, fotoqraf sǝnǝtçisi sülhü, hǝrbi, vǝtǝni, hǝsrǝti, hǝyata dair mǝlumatları bizǝ çatdırır.
Tǝdbirdǝ qızıl medala Avstriyadan, gümüş medala Vyetnamdan, bürünc medala isǝ İngiltǝrǝdǝn qatılan sǝnǝtçilǝr layiq görülüb. Ağ Qara Çap Bienalın Dünya Kuboku mükafatını isǝ nazir Çǝlik bǝhreynli sǝnǝtçiyǝ tǝqdim edib.
Tǝdbirǝ qatılan qonaqlar daha sonra Ağ Qara Çap Bienalı rǝsm sǝrgisini gǝziblǝr.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr