Robin Parkinson xəstəliyindən əziyyət çəkirmiş

Williamsın həyat yoldaşı Susan Schneider, Robinin Parkinson xəstəliyindən əziyyət çəkdiyini bildirib.

91818
Robin Parkinson xəstəliyindən əziyyət çəkirmiş

Robin Williams Parkinson xəstəliyindən əziyyət çəkirmiş.
Bu həftənin əvvəlində həyatını itirən “Oscar” mükafatçısı Robin Williamsın həyat yoldaşı Susan Schneider, Robinin Parkinson xəstəliyindən əziyyət çəkdiyini bildirib.
Schneider, “Robinin, ictimaiyyətə bildirmədiyi Parkinson xəstəliyi, narahatlıq və depressiya ilə mübarizədə cəsur davrandığını” deyib. Susan Schneider, Robin Villiamsa Parkinson diaqnozunun nə zaman qoyulduğunu və məşhurda olan xəstəlik simptomları barədə məlumat verməyib.
Xatırladaq ki, “Ölü Ozanlar Dərnəyi” və “Can Dostum” filmləri ilə Türkiyədə də geniş auditoriya qazanan 63 yaşlı “Oscar” mükafatçısı Robin Villiams, Şimali Kaliforniyadakı evində ölü tapılmışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr