Zeus məbədində " Türk" izlәri

Elm xadimlәri ikinci Efes olaraq adlandırılan Kütahyadaki "Aizanoi Antik Şəhərdə" Türklərə mәxsus әlamәtlәr tapıblar

79279
Zeus məbədində " Türk" izlәri

Elm xadimlәri ikinci Efes olaraq adlandırılan Kütahyadaki "Aizanoi Antik Şəhərdə" Türklərə mәxsus әlamәtlәr tapıblar.
Bergama, Bithynia və Roma suverenliyindәn sonra 13-cü əsrdə Çovdar Tatarlarına ev sahibliyi edən şəhərdəki Zeus Məbədinin divarlarına çəkilən şəkillər bölgənin Türk dövrünə dә işıq tutur.
Məbəd divarlarında gözә dәyәn tuğ daşıyan süvarilər, ovlananlar, qopuz çalanlar və daha bir çox səhnə Çovdar Tatarlarının həyat formalarına dair şəkilli dəlillər təqdim edir.
Kütahyanın Çavdarhisar mahalındakı Aizanoi-de ilk arxeologiya qazıntılar 1926-cı ildə Alman Arxeologiya İnstitutu tәrәfindәn M.Schede və D. Krencker-in başçılığında başlayıb.
Mədəniyyət və Turizm Nazirliyindən əldə edilən məlumata görə, tarixi şəhərdə 1926-ci ildən bәridir davam edilәn qazıntılarda, bu günə qədər Zeus Məbədi, 15 min tutumlu teatr, 13 min 500 nəfərlik stadion, iki hamam, dünyanın ilk ticarət birja binası, sütunlu prospekt, beş körpü, iki agora, nekropol, , kanallar gün işığına çıxarılıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr