Türk mətbəxi 5 dildə 5 qitədə 50 ölkədə

Ömür Akkorun Səlcuqlu, Osmanlı və Türk mәtbәxlәrinә dair əsərləri, 5 dildә tәrcümә edilib.

119640
Türk mətbəxi 5 dildə 5 qitədə 50 ölkədə

Türkiyənin beynəlxalq mükafatlı aşbaz və yemək kitabı yazıçılarından Ömür Akkorun Səlcuqlu, Osmanlı və Türk mәtbәxlәrinә dair əsərləri, qlobal təqdimat məqsədiylə 5 dilә tәrcümә edilәrәk 5 qitədəki 50 ölkə vətəndaşlarının xidmətinə təqdim edilib.
Akkor verdiyi açıqlamada, Türkiyədə 77 vilayәtdә mәtbәxlә bağlı tәhqiqat apardığını, ilin sonuna qədər qalan digәr vilayәtlәri dә ziyarәt edәrәk mәtbәxlәri ilә yaxından tanış olacağını bildirib.
Türk mətbəxi ilә bağlı yazdığı yemək kitablarından bəzilərinin İngilis, Alman, Fransız, Rus və İspancaya tәrcümә edilәrәk 5 qitədəki 50 ölkədə satışa təqdim edildiyini izah edən Akkor, Səlcuqlu Mәtbәxi kitabının, 'Gourmand Cook Book Awards' adlı yarışmada 14 min əsər arasından 'dünyanın ən yaxşı mətbəx tarixi kitabı ' seçildiyini xatırladıb.
50 ölkə vətəndaşının, Səlcuqlu, Osmanlı və Türk mətbəxini, yemək mədəniyyətini yaxından öyrənəcəyini deyәn Akkor, "Bu kitablar, turizmin inkişafına öz töhvәsini verәcәk " deyә vurğulayıb.
Yemәklә bağlı 24 kitabın müәllifi olduğunu ifadə edәn Akkor, məqsədinin, dünyanın ən zəngin yemək mədəniyyətləri arasında yer alan Türk mətbəxini dünyada tanıtmaq olduğunu qeyd edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr