Albaniyada dörd minarəli məscid

Albaniyanın Durres şəhərində, ölkədəki ilk və tək dörd minarəli məscid ötən gün ibadətə açılıb.

102621
Albaniyada dörd minarəli məscid

Albaniyanın Durres şəhərində, ölkədəki ilk və tək dörd minarəli məscid ötən gün ibadətə açılıb.
İş adamı üç Alban qardaşın maddi dəstəyi ilə inşa edilən məscidə, ataları Rza Bayramın adı verilib. “Rza Bayrami” məscidinin açılış mərasimində, Albaniya İslam Birliyi başçısı Skender Bruçay, Makedoniya İslam Birliyi Başçısı Süleyman Rəcəb, Kosovo İslam Birliyi Başçısı Naim Terneva, Albaniya və Küveyt məclisindən millət vəkilləri ilə vətəndaşlar iştirak edib.
Bruçay çıxışında, bu gözəl əsəri Albaniya Müsəlmanlarına qazandıran Rıfat, Hüseyn və Əhməd Bayrami qardaşlarına təşəkkür edərkən, albanların maddi dəstəyi ilə inşa olunan məscidlərin sayının artmasını arzu edib.
Quran-ı Kərim və ilahi musiqilərin oxunmasından sonra məsciddə ilk azan səsi gəlib və lent kəsilərək məscidin açılışı olunub. Məscidin ətrafında məscid imamı üçün kürsü və ictimai tikintilǝr də var.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr