Qısametrajlı filmlәrә mükafat

Qızıl Pars Beynəlxalq Gənclər Qısametrajlı Film Festivalının mükafat mərasimi, ötәn gün Ankarada baş tutub.

98626
Qısametrajlı filmlәrә mükafat

2-ci Qızıl Pars Beynəlxalq Gənclər Qısametrajlı Film Festivalının mükafat mərasimi, ötәn gün Ankarada baş tutub.
Gənclər və İdman Nazirliyi tərəfindən, gənclərin kino maraqlarını cәlb etmәk, gənc rejissor, senarist, aktor vә aktrisalara dəstək olmaq məqsədiylə, bu il festivalın ikincisi reallaşdırılıb.
"Yerli Qısametrajlı Filmler", "Xarici Qısametrajlı Filmler", "Sülh Temalı Qısametrajlı Filmler" və "Yeni yetmә Yerli Hәvәskar rejissorlar tәrәfindәn Çekilәn Qısametrajlı Filmler" olmaqla 4 kateqoriyada təşkil edilən Festivala qatılan 234 filmdən 60-ı finalda yarışıb.
Yerli Qısametrajlı Film Münsif Heyәti Xüsusi Mükafatını, rejissor Orhan İncә-nin "Adəm Başaran", Yerli Qısametrajlı Film Mükafatını, rejissor Deniz Özden-in "Bir Matç Gündəliyi", Xarici Qısametrajlı Film Münsif Heyәti Xüsusi Mükafatını, rejissor Abtin salimi Tari-nin "Vision Of Pouncing In The Plains" və Xarici Qısametrajlı Film Mükafatını isә rejissor Jan Gerrit Seyler-in "Der Philatelist" filmi layiq görülәrkәn, Sülh Temalı Qısametrajlı Film Münsif Xüsusi Mükafatı, rejissor Emad Hüseyninin "Tehran Xani Abad 1987"-ә, Sülh Temalı Qısa Film Mükafatı, rejissor Nazif Coşkunun "Welat", Yeni yetmә Yerli Hәvәskar rejissorların çәkdiyi Qısametrajlı Film Münsif xüsusi Mükafatı isə, rejissor Zilan Eşiyok-un "Necati" adlı filminә, Yeni yetmә yerli hәvәskarların çәkdiklәri Qısametrajlı Film Mükafatı da rejissor Ulaş Beşoklar-ın "Az qaldı" adlı filminә tәqdim edilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr