Türkiyə ilə Malayziya arasında Anlaşma Memorandumu

Türkiyə Müdafiə Texnologiyaları Mühəndislik və Ticarət A.Ş (STM) tərəfindən inşa ediləcək üç korvet üçün qəbul məktubu (Letter of Acceptance/LoA) təqdim olunub

2151155
Türkiyə ilə Malayziya arasında Anlaşma Memorandumu

 

  Türkiyə ilə Malayziya arasında “Müdafiə məhsullarının dövlətdən dövlətə satılmasına dair” Anlaşma Memorandumu imzalandı.

  Türkiyə Müdafiə Texnologiyaları Mühəndislik və Ticarət A.Ş (STM) tərəfindən inşa ediləcək üç korvet üçün qəbul məktubu (Letter of Acceptance/LoA) təqdim olunub.

  Türkiyə Prezident Aparatı Müdafiə Sənayesi Rəyasət Heyətində keçirilən mərasimdə Malayziyanın müdafiə naziri Məhəmməd Xalid Nordin, Müdafiə Sənayesi Departamentinin (SSB) direktoru Haluk Görgün, müavini İhsan Kaya, o cümlədən Mustafa Murat Şeker, Hüseyn Avşar və Gökhan Uçar, Malayziya müdafiə və daxili işlər nazirliklərinin nümayəndə heyətləri və sektor təmsilçiləri iştirak ediblər.

  H.Görgün müdafiə məhsullarının tədarükü ilə bağlı Malayziya ilə imzalanan Anlaşma Memorandumunun Türkiyə ilə dost və müttəfiq ölkə Malayziya arasında müdafiə sənayesi əməkdaşlığında yeni strateji tərəfdaşlıq dövrünün müjdəçisi olduğunu bildirib, razılaşmanın Türkiyə müdafiə sənayesinin gəldiyi nöqtəni və müttəfiqlərin Türkiyəyə olan etibarını göstərdiyinə diqqət çəkib və “Anlaşma Memorandumu iki ölkə arasında dəniz platformaları sahəsində uzunmüddətli əməkdaşlığın başlangıcıdır”, - deyib.



Әlaqәli Xәbәrlәr