Avropa İttifaqı-Rusiya ticarət dövriyyəsi son 10 il ərzində

Avropa Statistika İdarəsi xəbər verir ki ...

2149935
Avropa İttifaqı-Rusiya ticarət dövriyyəsi son 10 il ərzində

 

  Avropa İttifaqının Rusiya ilə ticarət dövriyyəsi sanksiyaların tətbiq olunduğu 10 il ərzində dörd dəfə azalıb. Bu ilin birinci rübündə Aİ ilə 17,8 milyard avroluq qarşılıqlı ticarət həyata keçirilib, 2014-cü ilin eyni dövründə bu göstərici 71,9 milyard avro olub.

  Avropa Statistika İdarəsi xəbər verir ki, ən çox azalma ittifaqın ən kiçik dövlətləri arasında qeydə alınıb. Malta ilə ticarət 74 dəfə, Lüksemburqla ticarət isə 45 dəfə azalıb. Eyni zamanda, Rusiyanın ən yaxın qonşuları Finlandiya ilə ticarət dövriyyəsində 11 dəfə, İsveçlə isə 10 dəfə azalma müşahidə olunub.

  Bəzi ölkələrlə ticarət dövriyyəsinin azalması o qədər də kritik deyil. Məsələn, on il ərzində Macarıstanla qarşılıqlı ticarətin həcmi cəmi 17,8 faiz, Kiprlə 23 faiz azalıb.

  Almaniya, on il əvvəl olduğu kimi, Avropa ölkələri arasında Rusiyanın ən böyük tərəfdaşı olub. 2024-cü ilin birinci rübündə Berlinlə ticarət dövriyyəsinin həcmi 2,3 milyard avro təşkil edib.



Әlaqәli Xәbәrlәr