Ömər Bolat Türkiyenin hazır geyim və tekstil sənayesinin ixrac uğurlarına toxunub

Ticarət naziri Ömər Bolat Türkiyenin hazır geyim və tekstil sənayesinin keçən il təxminən 33 milyard dollar ixrac reallaşdırdığını bildirib.

2099011

Ömer Bolat İstanbul Hazır Geyim və Moda Sərgisinin açılışında çıxış edib.

Hazır geyim və tekstil sənayesinin ixrac uğurlarına toxunan Ö.Bolat deyib:

“Hazır geyimdə Avropada üçüncü, dünyada isə yeddinci ən böyük ixracatçı olduq. Keçən il tekstil və hazır geyim sektorlarından təxminən 33 milyard dollarlıq ixracat əldə etdik”.

Nazir Ö.Bolat sektora dəstəyin artacağını vurğulayıb.

Türkiyenin ümumi ixracdakı son vəziyyətini dəyərləndirən Bolat bunları deyib:

“Dünya mallarının ixracında payımız 1,02 faizdən 1,06 faizə yüksəlib. 2028-ci ildə hədəf 1,30 faizdir. Xidmət ixracatında payımızı artırmağa davam edirik. Bizim 1,30 faiz payımız var. “Bunu 2028-ci ildə 2 faizə çatdıracağıq".

Әlaqәli Xәbәrlәr