Türkiyədə elektrik istehlakı gündəlik yeni rekordu qırdı

Ölkə daxilində hava temperaturunun yüksəlməsi ilə paralel olaraq artan kondisionerlərin istifadəsi və kənd təsərrüfatının suvarılması elektrik enerjisi istehlakında pik səviyyəyə gətirib çıxardı

2026474
Türkiyədə elektrik istehlakı gündəlik yeni rekordu qırdı

 

  Türkiyədə avqustun 17-də 1 milyon 132 min 567 meqavat saat elektrik istehlakı ilə gündəlik yeni rekord qırılıb.

  Ölkə daxilində hava temperaturunun yüksəlməsi ilə paralel olaraq artan kondisionerlərin istifadəsi və kənd təsərrüfatının suvarılması elektrik enerjisi istehlakında pik səviyyəyə gətirib çıxardı.

  Türkiyə 17 avqustda 1 milyon 132 min 567 meqavat saatla gündəlik olaraq 2023-cü ilin ən yüksək elektrik istehlak səviyyəsini qeyd edib. Beləliklə, elektrik enerjisi istehlakında iyulun 26-da 1 milyon 131 min 7 meqavat-saat rekord aşılıb.

  Digər tərəfdən, həmin gün Türkiyədə gündəlik 1 milyon 122 min 543 meqavat saat elektrik enerjisi istehsal edilib.



Әlaqәli Xәbәrlәr