Türkiyenin bal ixracı

Türkiyenin balı ilin birinci yarısında 46 ölkəyə ixrac edildi.

2013477
Türkiyenin bal ixracı

Türkiyenin balı ilin birinci yarısında 46 ölkəyə ixrac edildi.

Şərq Qaradəniz İxracatçılar Birliyinin (DKİB) məlumatına görə, arıçılıq üçün əlverişli iqlimə malik Türkiyenin 6 aylıq bal ixracı 5 min 119 ton olaraq qeydə alındı. Bu ixracdan 16 milyon 804 min 88 dollar gəlir əldə edildi.

Sözügedən dövrdə Türkiyenin balı ABŞ, Almaniya və İsrail başda olmaqla 46 ölkəyə satılıb.

Yanvar-iyun dövründə ABŞ-a 7 milyon 220 min 617 dollar, Almaniyaya 2 milyon 347 min 366 dollar, İsrailə 1 milyon 923 min 859 dollarlıq bal ixrac edilib.

Ötən ilin müvafiq dövründən fərqli olaraq, bu müddətdə Səudiyyə Ərəbistanı, Xorvatiya, Venesuela, İsveç, Özbəkistan və Kameruna bal satılıb.


Etiketlәr: #Türkiyenin balı

Әlaqәli Xәbәrlәr