Türkiyənin 2023-cü ilin ilk rübündə dəniz ilbizi ixracatı

Şərqi Qara Dəniz İxracatçılar Birliyinin (DKİB) qeydlərindən toplanan məlumata görə...

1981182
Türkiyənin 2023-cü ilin ilk rübündə dəniz ilbizi ixracatı

 

  Türkiyə 2023-cü ilin ilk rübündə dəniz ilbizi ixracından 5,6 milyon dollar gəlir əldə edib.

  Şərqi Qara Dəniz İxracatçılar Birliyinin (DKİB) qeydlərindən toplanan məlumata görə, ilin yanvar-fevral-mart dövründə ölkədən 531 ton dəniz ilbizi ixrac olunub və sözügedən ixracatdan 5 milyon 559 min 24 dollar gəlir gəlib.

  2022-ci ilin eyni dövründə 425 ton dəniz ilbizinin ixracından 2 milyon 424 min 924 dollar gəlir əldə edilmişdi.

  Beləliklə, 2023-cü ildə dəniz ilbizinin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə miqdarca 25, dəyərcə isə 129 faiz artıb. Bu dövrdə dəniz ilbizləri 5 ölkəyə - Cənubi Koreya, Yaponiya, Çin, İspaniya və Gürcüstana satılıb.

  İxracsatın 195 faiz artdığı Cənubi Koreyaya 2 milyon 307 min 380 dollarlıq 194 ton dəniz ilbizi satılıb. Ondan sonra 1 milyon 337 min 760 dollarla Yaponiya, 1 milyon 277 min 379 dollarla Çin, 633 min 31 dollarla İspaniya və 3474 dollarla Gürcüstan gəlir.

 



Әlaqәli Xәbәrlәr