Cənubi Koreya və ABŞ texnologiya ittifaqına doğru

“Yonhap” informasiya agentliyinin xəbərinə görə...

1979875
Cənubi Koreya və ABŞ texnologiya ittifaqına doğru

 

  Cənubi Koreya və ABŞ nüvə enerjisi, robot texnikası və batareya istehsalı kimi qabaqcıl sənaye və enerji sahələrində əməkdaşlığı artırmaq üçün 23 müqavilə bağlayıb.

  “Yonhap” informasiya agentliyinin xəbərinə görə, sazişlər Cənubi Koreya dövlət katibi Yun Sak-Yolun (Yoon Suk-Yeol) ABŞ-da səfəri zamanı iki ölkədən 45 yüksək səviyyəli şirkət rəsmisinin iştirak etdiyi işgüzar tərəfdaşlıq tədbiri zamanı imzalanıb.

  Sazişlərdən 10-u yeni nəsil sektorları, qalan 13-ü isə enerji sənayesində ikitərəfli əlaqələrin gücləndirilməsi ilə bağlıdır.

  Tədbirdə ABŞ-dan “Boeing”, “GE”, “ExxonMobil” və “Siemens”, Cənubi Koreyadan isə “Doosan Co”, “SK İnc”, “Lotte Chemical Corp.” və “HD Korea Shipbuilding & Offshore Engineering Co” şirkətləri iştirak edib.  

  Cənubi Koreyanın sənaye, ticarət və energetika naziri Li Çan-Yan ölkəsinin ABŞ-la müttəfiqliyinin ənənəvi hərbi və təhlükəsizlik ittifaqını aşaraq texnologiya ittifaqına çevrildiyini ifadə edərək “Ümid edirik ki, bu müqavilələr böyük nəticələr verəcək, Cənubi Koreya hökuməti korporativ fəaliyyətləri fəal şəkildə dəstəkləyir”.



Әlaqәli Xәbәrlәr