Türkiyə dənizlərində süni yuvalarla balıqların sayında artım

Bu çərçivədə 75 süni rif layihəsi gerçəkləşib

1978337
Türkiyə dənizlərində süni yuvalarla balıqların sayında artım

 

  Türkiyə dənizlərində süni qayalarda yaradılan süni yuvalarla balıqların sayında artım təmin edilib.

  Türkiyənin Kənd və Meşə Təsərrüfatı Nazirliyinin Balıqçılıq Baş İdarəsi pozulmuş ekosistemləri bərpa etmək və davamlı akvakultura istehsalını inkişaf etdirmək məqsədilə “süni yuva” kimi tanınan “süni qayalıq” təcrübələrini həyata keçirib. Bu çərçivədə 75 süni rif layihəsi gerçəkləşib.

  Süni yuvalar sayəsində balıqlar torlardan xilas olaraq gizlənə bilirlər.

  Layihələrin həyata keçirildiyi rayonlarda balıqların sayı artıb. Bu artım həm də balıqçılara daha çox balıq tutmağa imkan verir.

  Türkiyə Kənd və Meşə Təsərrüfatı Nazirliyi tərəfindən 2009-2012-ci illər arasında Edremit körfəzində 7 bölgədə 6120 beton süni qayalıq düzəldilib. Nəticədə rif zonasında növ və çəki baxımından biomüxtəliflik, balıq yumurtası və sürfə sayında artım yaranıb.

  Türkiyənin digər dəniz sahillərində də bu layihə həyata keçiriləcək.



Әlaqәli Xәbәrlәr