Türkiyenin avtomobil istehsalında və ixracında artım oldu

Türkiyenin avtomobil istehsalı ilin ilk üç ayında keçən ilin eyni dövrü ilə müqayisədə 21 faiz artıb.

1976010
Türkiyenin avtomobil istehsalında və ixracında artım oldu

Türkiyenin avtomobil istehsalı ilin ilk üç ayında keçən ilin eyni dövrü ilə müqayisədə 21 faiz artıb.

Yanvar-mart dövründə Türkiyedə 366 min 597 avtomobil istehsal edilib.

Bu istehsalda minik avtomobillərinin sayı 34 faiz artımla 222 min 51-ə çatıb. Traktorlarla birlikdə ümumi istehsal 382 min 504 ədəd olub.

Ticarət vasitələrinin istehsalı isə keçən ilin eyni dövrü ilə müqayisədə 6 faiz artıb.

Bu dövrdə avtomobil ixracatı bir əvvəlki ilin eyni dövrü ilə müqayisədə 26 faiz artıb.

Traktor ixracı isə 2022-ci ilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq 5 min 229 ədəd olub.

Beləliklə, 8,8 milyard dollar ixrac reallaşdırılıb.



Әlaqәli Xәbәrlәr