Van şəhərində Novruz bayramını qeyd edən iranlı turistlər
İranlı turistlər martın 20-də ölkələrində başlayan Novruz bayramını Türkiyenin Van şəhərindəki əyləncə mərkəzlərində əylənərək qeyd ediblər.


İranlı turistlər martın 20-də ölkələrində başlayan Novruz bayramını Türkiyenin Van şəhərindəki əyləncə mərkəzlərində əylənərək qeyd ediblər.
Novruzu yazın gəlişi və yeni ilin başlanğıcı kimi qeyd edən iranlı turistlər yeni ilə öz mədəniyyətlərində “həft sin” (Yeddi S) süfrəsini hazırlayaraq daxil olurlar.
Novruz bayramı tətil günlərini dəyərləndirmək üçün Vana gələn iranlı turistlər əyləncə mərkəzlərində gündüzlər alış-veriş edir, gecələr də əylənirlər.
Novruzun yazın gəlişi və yeni ilin başlanğıcı kimi qeyd edildiyini ifadə edən turistlər “İranda Novruz martın 20-də başlayır və 13 gün davam edir. Van şəhərinə gəldik. Burada Novruzu şən qeyd etdik. Əla vaxt keçirdik” deyiblər.
Novruzdan əvvəl hazırlanan və iki həftə evin bir küncündə saxlanılan “həft sin” süfrəsində farsca “s” hərfi ilə başlayan tərəvəz, alma, sirkə, sikkə, sarımsaq, buğda və iydə var.
Әlaqәli Xәbәrlәr

İlon Mask növbəti dəfə dünyanın ən varlı adamı titulunun sahibi olub
Amerikalı iş adamı İlon Mask növbəti dəfə dünyanın ən varlı adamı, titulunun sahibi olub.