TOGG-un T10X modeli üçün on minlərlə sifariş
Türkiyenin ilk yerli avtomobili TOGG üçün ilkin sifariş edənlərin sayı 41 min olub
1962110


Türkiyenin ilk yerli avtomobili TOGG üçün ilkin sifariş edənlərin sayı 41 min olub. Ölkənin sənaye və texnologiya naziri Mustafa Varank sosial media hesabında açıqlama verib. O, Türkiyenin ilk yerli avtomobili TOGG-un T10X modeli üçün ilkin sifariş prosesinə başlanıldığını, TOGG T10X modeli sifarişlərinin sayının 41 min olduğunu bildirib.
İlk 24 saat ərzində 22 150 ədəd TOGG T10X sifariş edilib.
TOGG-un sosial media hesabından edilən açıqlamada sifarişlərin verilməsinin ay sonundan başlayacağı məlumatı paylaşılıb.
TOGG T10X üçün 16-27 mart tarixləri arasında togg.com.tr və Trumore proqramında ilkin sifariş verilə bilər.
Әlaqәli Xәbәrlәr

İqtisadi güvən indeksində artım qeydə alınıb
İqtisadi güvən indeksi may ayında 1,4% artaraq 103,7-ə çatıb.