“Bu, kifayət qədər mürəkkəb bir layihədir, ona görə də…” D.Peskov

Rusiya və Türkiyə təbii qaz qovşağı layihəsi üzərində işləri davam etdirir

1962442
“Bu, kifayət qədər mürəkkəb bir layihədir, ona görə də…” D.Peskov

 

  Rusiya və Türkiyə təbii qaz qovşağı layihəsi üzərində işləri davam etdirir.

  Rusiya Prezident Aparatının mətbuat katibi Dmitri Peskov sözügedən mövzu ilə bağlı jurnalistlərə açıqlamasında bildirib: “Kifayət qədər mürəkkəb bir layihədir. Ona görə onun reallaşdırılması zamanı gecikmələr və texniki problemlər meydana çıxa bilər. Türkiyə qovşağı ilə bağlı belə hallar mümkündür. Biz prosesi izləyəcək və türkiyəli həmkarlarla əməkdaşlığı davam etdirəcəyik”.

  Qeyd edək ki, Türkiyədə energetika qovşağının yaradılması təşəbbüsünü 2022-ci ildə Rusiya prezidenti Vladimir Putin irəli sürüb. Söhbət Türkiyədən üçüncü ölkələrə, ilk növbədə Avropaya qaz tədarükünü həyata keçirəcək mərkəzin yaradılmasından gedir.

 



Әlaqәli Xәbәrlәr