ABŞ-da başlayan bank böhranının təsirləri sürətlə artır

İsveçrədə yerləşən "Credit Suisse"-in ən böyük şəriki olan Səudiyyə Ərəbistanı Milli Bankı, kapital artırmayacağını açıqlayıb.

1960519
ABŞ-da başlayan bank böhranının təsirləri sürətlə artır

Səudiyyə Ərəbistanının qərarından sonra çaxnaşma satışı başlayıb. "Credit Suisse"-in səhmlərinin qiyməti 25% ucuzlaşıb. Qərardan Avropa fond bazarları da mənfi təsirlənib. Avropanın iri banklarının səhmlərinin dəyəri sürətlə aşağı enib. Commerzbank 9%, Deutsche Bank 7,8% və Barclays 6,6% dəyər itirib. İsveçrə Milli Bankı və İsveçrə Maliyyə Bazarlarını Tənzimləmə Şurası “Credit Suisse” ilə bağlı artan narahatlıqlar qarşısında tədbirlər görür. “Credit Suisse” isə İsveçrə Milli Bankından təxminən 54 milyard dollar borc alacağını açıqlayıb. Bildirilib ki, qərar bankın likvidliyini gücləndirmək məqsədilə qəbul edilib.

İki bankın iflas etdiyi ABŞ-da isə Kaliforniyada yerləşən First Republic Bank-ın kredit reytinqi aşağı düşüb. Beynəlxalq kredit reytinq agentliyi S&P bankın uzunmüddətli kredit reytinqini “A-”-dən “BB+”-ə, “Fitch” isə “A-”-dan “BB”-ə endirib. Bu da First Republic Bank-ın səhmlərinin 20 faizdən çox dəyər itirməsinə səbəb olub.



Әlaqәli Xәbәrlәr