Türkiyenin çay ixracı rekord həddə artıb
Türkiyenin iki ayda xaricə satdığı çay miqdarı 3,2 milyon dollara çatıb.

Şərqi Qara Dəniz İxracatçılar Birliyi (DKİB) İdarə Heyətinin sədr müavini Əhməd Həmdi Gürdoğan: “Türkiyedən 10 ay ərzində 76 ölkəyə, muxtar və azad zonalara çay ixrac edilib. 2023-cü ilin yanvar-fevral aylarında xaricə satdığımız çay miqdarı 661 ton olub. Bundan 3 milyon 274 min 872 dollar gəlir əldə edilib. Bu da cari ildə reallaşdırdığımız çay ixracının ötən ilin müvafiq dövrünə müqayisədə 8% artdığını göstərir. Ən çox çay ixrac etdiyimiz ölkələr arasında sırası ilə Belçika (1 milyon 149 min 846 dollar), İngiltərə (397 min 463 dollar) və Şimali Kipr Türk Respublikası(397 min 463 dollar) yer tutur. Bu ölkələri Səudiyyə Ərəbistanı, Əlcəzair, Danimarka, Moldova, Slovakiya, Rumıniya, İtaliya, Norveç, Qvineya, Keniya, Panama, İndoneziya, Litva, Tayvan izləyir. Malayziya və Ruanda da çay satdığımız ölkələr arasına daxil olub.
Әlaqәli Xәbәrlәr

İstanbul Hava Limanı Avropanın zirvəsindədir
İstanbul Hava Limanı fevral ayında 1269 reyslə Avropanın ən işlək hava limanı olub.