2022-ci ildə Türkiyədən makaron ixracatı

Türkiyə Makaron Sənayeçiləri Dərnəyinin sədri Aykut Göymen bildirib ki...

1939182
2022-ci ildə Türkiyədən makaron ixracatı

 

  2022-ci ildə Türkiyədən 160 ölkəyə 967 milyon 68 min dollarlıq makaron ixracı edilib.

  Türkiyə Makaron Sənayeçiləri Dərnəyinin sədri Aykut Göymen bildirib ki, Türkiyə dünyada makaron istehsalında üçüncü, ixracatda isə ikinci yerdədir.

  Türkiyə makaronlarına tələbatın durmadan artdığına diqqət çəkən Göymen deyib: "Artıq dünya Türkiyə makaronunun keyfiyyətini və dadını bilir. Ölkəmiz 2022-ci ildə 160 ölkəyə makaron göndərib. Ən böyük ixracat Venesuela, Somali və Beninə olub".



Әlaqәli Xәbәrlәr