Türkiye 54 ölkəyə pomidor ixrac edib

2022-ci ildə Türkiyenin pomidor ixracı gəliri 2021-ci il ilə müqayisədə təxminən 4 faiz artaraq 377 milyon 418 min dollara çatıb.

1933876
Türkiye 54 ölkəyə pomidor ixrac edib

2022-ci ildə Türkiyenin pomidor ixracı gəliri 2021-ci il ilə müqayisədə təxminən 4 faiz artaraq 377 milyon 418 min dollara çatıb.

Cənub-Şərqi Anadolu İxracatçı Birliklərinin məlumatına görə, ixracatçılar keçən il Rumıniya, Ukrayna, Bolqarıstan, Almaniya, İngiltərə, Çexiya, İsveçrə, İspaniya, Qazaxıstan, Latviya, Rusiya, Polşa və Malayziyanın da daxil olduğu 54 ölkəyə 526 min 703 ton pomidor satıb.

Ötən il pomidordan ölkəyə 377 milyon 418 min dollar valyuta daxil olmasını təmin edən ixracatçılar 2021-ci ildə 362 milyon 993 min dollar olan ixracını 2022-ci ildə təxminən 4 faiz artırıb.

Rumıniya Türkiyenin ən çox pomidor ixrac etdiyi ölkələr sırasında ilk yerdədir.

Rumıniyanı Ukrayna və Bolqarıstan izləyib.



Әlaqәli Xәbәrlәr