Türkiyenin bir çox ölkəyə reallaşdırdığı ixrac həcmində artım qeydə alınıb

Türkiyenin ildə hər birinə 1 milyard dollardan çox məhsul satdığı ölkələrin sayı 47-yə yüksəlib.

1931275
Türkiyenin bir çox ölkəyə reallaşdırdığı ixrac həcmində artım qeydə alınıb

Türkiye İxracatçılar Məclisinin hazırladığı hesabata görə Türkiyenin ümumi ixracat həcmi 2022-ci ildə əvvəlki ilə müqayisədə 12,9% artaraq 254 milyard 209 milyon 535 min dollara çatıb. Bir milyard dollardan çox məhsul ixrac edilən ölkə sayı isə 43-dən 47-yə yüksəlib, Cənubi Afrika Respublikası, Belarus, Türkmənistan və Şimali Kipr Türk Respublikası isə ilk dəfə reytinqə daxil edilib. Hesabatda bildirilir ki, 47 ölkəyə ümumi ixracatımız 189,3 milyard dollar olub.

Ən çox məhsul satdığımız ölkələr arasında 18,91 milyard dollarla Almaniya ilk sırada iştirak edib. Bu ölkəni 14,36 milyard dollarla Amerika Birləşmiş Ştatları və 12,25 milyard dollarla Böyük Britaniya, 11,23 milyard dollarla İtaliya, 10,48 milyard dollarla İraq izlərkən, İspaniya, Fransa, Rusiya Federasiyası, Hollandiya və İsrail də ən çox məhsul satdığımız ilk 10 ölkə arasına daxil olub.



Әlaqәli Xәbәrlәr