Türkiye Azərbaycana polad ixracını artırıb

Keçən il Türkiye Azərbaycana polad ixracını artırıb.

1929676
Türkiye Azərbaycana polad ixracını artırıb

Türkiye 2022-ci ilin yanvar-dekabr aylarında Azərbaycana polad ixracını ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,6 faiz artıraraq 134,6 milyon dollara çatdırıb.

Bu barədə Türkiye Ticarət Nazirliyindən məlumat verilib.

Dekabr ayında Türkiye Azərbaycana polad ixracını 2021-ci ilin müvafiq ayı ilə müqayisədə 16,5 faiz artıraraq 13,2 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-dekabr aylarında Türkiyenin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz azalaraq 21,1 milyard dollara bərabər olub.

Keçən ilin dekabr ayında Türkiye 1,3 milyard dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin dekabr ayı ilə müqayisədə 40,8 faiz azdır.

Qeyd olunub ki , son 12 ay ərzində (dekabr 2021- dekabr 2022) Türkiye 21,1 milyard dollar məbləğində polad ixrac edib.



Әlaqәli Xәbәrlәr