Türkiyenin Səudiyyə Ərəbistanı ilə ticarət həcmi

Türkiyenin Səudiyyə Ərəbistanı ilə ticarət həcmi yanvar-oktyabr aylarında 4,3 milyard dollara yüksəlib.

1922522
Türkiyenin Səudiyyə Ərəbistanı ilə ticarət həcmi

Türkiyenin Səudiyyə Ərəbistanı ilə ticarət həcmi yanvar-oktyabr aylarında 4,3 milyard dollara yüksəlib.

Xəzinə və maliyyə naziri Nurəddin Nəbati İstanbulda keçirilən Türkiye-Səudiyyə Ərəbistanı Biznes və İnvestisiya Forumunda çıxış edib.

N.Nəbati "2021-ci ildə 3,7 milyard dollar olan Səudiyyə Ərəbistanı ilə ticarət dövriyyəmiz yanvar-oktyabr dövründə 4,3 milyard dollara yüksəlib. Bu, sevindirici haldır" deyib.

Nəbati Birji İGstanbul barədə isə deyib ki, birjamız sərmayədarlar üçün cəlbedicidir, onlara bu sahədə imkanlar təqdim etməyə davam edir.

Xəzinə və maliyyə naziri Nəbati Türkiye iqtisadiyyatının sərmayə qoyuluşu, məşğulluq, istehsal və ixrac prioritet siyasətləri ilə 9 rübdür illik olaraq fasiləsiz böyüməsini davam etdirdiyini bildirib.

Böyümədəki bu güclü performansın məşğulluq bazarına müsbət əks olunduğunu ifadə edən Nebati “Oktyabr ayına olan məlumata görə, ümumi məşğulluq səviyyəsi 31,2 milyon nəfərlə tarixi rekorda çatıb. Noyabrda ixracımız illik 253,5 milyard dollarla Cümhuriyyət tarixinin ən yüksək səviyyəsinə çatıb” deyə qeyd edib.



Әlaqәli Xәbәrlәr