Rusiya “dost olmayan” Qərb ölkələrilə bağlı bir qadağanı aradan qaldırdı
2023-cü ilin yanvar ayından qüvvəyə minəcək fərmana əsasən...
Rusiya sığorta şirkətlərinin qida və gübrə ixracına dair “dost olmayan” Qərb ölkələrinin sığorta şirkətləri ilə müqavilə bağlamasına qoyulan qadağa aradan qaldırılıb.
Rusiya prezidenti Vladimir Putinin imzaladığı fərmanla Rusiya ərzaq və gübrə ixracatçılarının, xüsusilə Qara Dəniz Taxıl Dəhlizi Sazişinin sığorta xidmətlərinə daha asan çıxış əldə etməsi hədəflənir.
2023-cü ilin yanvar ayından qüvvəyə minəcək fərmana əsasən, Rusiya sığorta şirkətlərinin qida və gübrə ixracında dost olmayan ölkələrdə sığorta şirkətləri ilə müqavilə bağlamasına qoyulan qadağa aradan qaldırılıb.
Qlobal ərzaq böhranının həlli üçün rəsmi Ankaranın koordinasiyası ilə həyata keçirilən taxıl daşınması sazişi iyulun 22-də İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi altında Ukrayna, Rusiya, Türkiyə və Birləşmiş Millətlər Təşkilatı arasında imzalanıb.
Türkiyənin ev sahibliyi etdiyi dördtərəfli danışıqlar nəticəsində noyabrın 19-dan razılaşmanın müddəti 120 gün uzadılıb.
Әlaqәli Xәbәrlәr
İstanbulu 2024-cü ilin ilk üç ayında üç milyondan çox turist ziyarət edib
İstanbula gələn əcnəbi turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8,22 faiz artıb.