Ticarət naziri Mehmet Muş oktyabr ayına dair məlumat paylaşıb

Türkiyenin oktyabr ayında ixracı keçən ilin  müvafiq dövrü ilə müqayisədə 3 faiz artaraq 21,3 milyard dollar təşkil edib.

1901203
Ticarət naziri Mehmet Muş oktyabr ayına dair məlumat paylaşıb

Türkiyenin oktyabr ayında ixracı keçən ilin  müvafiq dövrü ilə müqayisədə 3 faiz artaraq 21,3 milyard dollar təşkil edib. 

Ticarət naziri Mehmet Muş İstanbulda Türkiye İxracatçılar Məclisində 2022-ci ilin oktyabr ayı xarici ticarət məlumatlarını açıqlayıb.

Ticarət naziri Muş "Oktyabr ayında ixracatımız keçən ilin eyni ayı ilə müqayisədə 3 faiz artaraq 21,3 milyard dollar təşkil edib” deyib. 

Ticarət naziri onu da əlavə edib ki,  Ukrayna-Rusiya müharibəsi və 24 fevralda başlayan enerji böhranı kimi yeni problemlərə baxmayaraq, iqtisadiyyatdakı bu güclü təkan 2022-ci ildə də davam edir və bu ilin birinci yarısında orta hesabla 7,5% artım qeydə alınıb. Həm də artımın təxminən yarısı ixraca əsaslanır və beləliklə, ixrac artımın lokomotivi olmaqda davam edir. Bütün mənfiliklərə baxmayaraq, 2021-ci ildə 57% artımla 55,6 milyard dollar olan xidmət ixracı  cari ilin 8 ayında 66% artaraq 52,5 milyard dollara çatıb.



Әlaqәli Xәbәrlәr