İstanbul Hava Limanı Avropada birinciliyini qoruyub

İstanbul Hava Limanı gündəlik 1286 uçuşla Avropada birinciliyini qoruyub.

1885341
İstanbul Hava Limanı Avropada birinciliyini qoruyub

İstanbul Hava Limanı gündəlik 1286 uçuşla Avropada birinciliyini qoruyub.

Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) uçuş hesabatına əsasən, İstanbul Hava Limanı sentyabr ayında Avropanın ən işlək hava limanları arasında birinci olmağa davam edib.

Mülki Aviasiya Baş İdarəsinin (SHGM) sosial media hesabında edilən açıqlamada,

"19-26 sentyabr 2022-ci il dövründə İstanbul Hava Limanı gündə orta hesabla 1286 uçuşla Avropanın ən işlək hava limanı olub. Türk Hava Yolları gündəlik orta hesabla 1376 uçuşla ən çox uçuş həyata keçirən hava yolları arasında üçüncü olub" ifadələrindən istifadə edilmişdir.

EUROCONTROL hesabatına görə, Amsterdam "Schiphol" Hava Limanı (Hollandiya) İstanbul Hava Limanından sonra gündə orta hesabla 1272 uçuşla ikinci, Paris Charles de Gaulle Hava Limanı (Fransa) isə 1236 uçuşla üçüncü yerdədir.



Әlaqәli Xәbәrlәr