“Bu bazar Putin üzündən düzgün işləmir”, U.Leyen

Danimarkada keçirilən Baltik Dənizi Enerji Təhlükəsizliyi Sammitinin yekununda Avropa enerji bazarındakı son proseslərdən danışan Ursula fon der Leyen deyib...

1873889
“Bu bazar Putin üzündən düzgün işləmir”, U.Leyen

 

  Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen “Avropada elektrik enerjisi bazarının Rusiya prezidenti Vladimir Putin üzündən düzgün işləmədiyini” bildirib.

  Danimarkada keçirilən Baltik dənizi Enerji Təhlükəsizliyi Sammitinin yekununda Avropa enerji bazarındakı son proseslərdən danışan Ursula fon der Leyen deyib: “Elektrik enerjisinin bahalaşmasının əsl səbəbi qazdır və xüsusən də Putinin manipulyasiya etdiyi Rusiya qazıdır. Putin təbii qazdan silah kimi istifadə edir. Biz elektrik enerjisi bazarının işləməsi üçün təcili yardım mexanizmi hazırladıq və bu mövzuda uzunmüddətli struktur islahatı üzərində işləməyə başladıq.

  Elektrik bazarı artıq işlək bazar deyil, çünki Putin kimi onu sistemli şəkildə manipulyasiya və məhv etməyə çalışan bir adam var. Bu vəziyyətə qarşı hərəkətə keçmişik”.

  Qeyd edək ki, son aylar Avropa ölkələrində elektrik enerjisi və təbii qaz qiymətləri tarixinin pik həddinə çatıb.



Әlaqәli Xәbәrlәr