Avropa İttifaqı Rusiyadan kömür idxalına son qoyub

Avropa İttifaqının (Aİ) Rusiyadan kömür idxalına qadağa qoyan qərarı bu gün qüvvəyə minib.

1866079
Avropa İttifaqı Rusiyadan kömür idxalına son qoyub

Avropa İttifaqının (Aİ) Rusiyadan kömür idxalına qadağa qoyan qərarı bu gün qüvvəyə minib.

Aİ ölkələrinin aprel ayında qəbul etdiyi, Rusiyadan kömür idxalını qadağan edən sanksiyalar paketi keçid dövrünün sona çatması ilə qüvvəyə minib.

Belə ki, Rusiya mənşəli və ya Rusiyadan ixrac edilən, ildə 8 milyard avro dəyərində olan kömür və digər bərk qalıq yanacaqların alınması, idxalı və ya Aİ-yə ötürülməsi qadağan edilib.

Aİ-nin Rusiyaya qarşı enerji sanksiyalarından birincisi kömür alışına qadağa qoyulması olub.

Rusiyadan neft idxalına qoyulan qadağanın dekabrda qüvvəyə minəcəyi gözlənilir.

Rusiya Aİ ölkələrinə ən çox kömür verən ölkə mövqeyində idi.

Rusiya Avropaya kömür ixracının təxminən 25 faizini həyata keçirirdi.

Aİ ölkələri isə, kömür idxalının 45 faizini və elektrik enerjisi istehsalında istifadə olunan termik kömürün 70 faizini Rusiyadan təmin edirdi.

Rusiya Energetika Nazirliyinin məlumatına görə, Rusiya 2021-ci ildə Aİ-yə 48,7 milyon ton kömür satıb.



Әlaqәli Xәbәrlәr