“Bu sazişə qayıtmaq uzaq bir ehtimaldır”, B.Makqurk

ABŞ-ın “Axios” telekanalının xəbərinə görə...

1860375
“Bu sazişə qayıtmaq uzaq bir ehtimaldır”, B.Makqurk

 

  Amerika Birləşmiş Ştatları (ABŞ) administrasiyası İranla yaxın gələcəkdə nüvə razılaşmasının əldə edilməsinin çox çətin olduğunu açıqlayıb.

  ABŞ-ın “Axios” telekanalının xəbərinə görə, Ağ Ev Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq üzrə koordinatoru Brett Makqurk (Brett McGurk) beyin mərkəzləri ekspertləri ilə görüşüb.

  Söhbət zamanı B.Makqurk İranla nüvə razılaşmasına qayıtmaq üçün danışıqlarda irəliləyiş olmamasının səbəbinin “İranın qətiyyətsizliyi” olduğunu bildirərək, rəsmi Tehranın müqaviləyə yeni maddələr əlavə etmək istədiyini və ABŞ-ın isə bunu qəbul etməyəcəyini bildirib.

  Ağ Ev Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq üzrə koordinatoru yaxın gələcəkdə nüvə sazişinə qayıtmağın “uzaq bir ehtimal” olduğunu söyləyib və ABŞ-ın İrana qarşı sanksiyalar və diplomatik təcridinin davam edəcəyini deyib.

  Xatırladaq ki, ABŞ və İran arasında vasitəçilik danışıqları sonuncu dəfə iyun ayında Qətərdə keçirilib və heç bir nəticə olmayıb.

  ABŞ prezidenti Co Bayden bu ay Yaxın Şərqə səfəri zamanı İranın qərar verməsini əbədi gözləməyəcəklərini bildirib.



Әlaqәli Xәbәrlәr