2022-ci ilin may ayında Türkiyənin ixracatı

Türkiyə İxracatçılar Məclisinin məlumatına görə...

1845241
2022-ci ilin may ayında Türkiyənin ixracatı

 

  Türkiyənin may ayında ixracatı 8 ölkədə rekord səviyyəyə çatıb.

  Türkiyə İxracatçılar Məclisinin məlumatına görə, Türkiyənin may ayında ixracatı əvvəlki ilin eyni dövrünə görə 15,2 faiz artaraq 18 milyard 972 milyon dollara çatıb.

  Türkiyənin aylıq ixracatda rekord qırdığı ölkələr Seneqal, Dominikan Respublikası, Şimali Makedoniya, Ruanda, Tacikistan, Kamerun, Kosta Rika və Monteneqro olub.

  Bu dövrdə Türkiyə Seneqala 87 milyon 265 min, Dominikana 71 milyon 236 min, Şimali Makedoniyaya 66 milyon 522 min, Ruandaya 32 milyon 54 min, Tacikistana 31 milyon 500 min, Kameruna 30 milyon 844 min, Kosta-Rikaya 28 milyon 409 dollar və Monteneqroya 28 milyon 255 min dollarlıq ixracat reallaşdırıb.

  Polad sektoru Türkiyənin ixracat rekordları qırdığı 8 ölkədən 5-nə (Seneqal, Dominikan Respublikası, Şimali Makedoniya, Kamerun və Kosta Rika) ən çox ixracat edib. Ruandada taxıl, paxlalı, yağlı bitki və məhsullar, Tacikistanda elektrik və elektronika, Monteneqroda gəmi və yaxta xidmətləri sektorları xarici satışlarda ön plana çıxıb.



Әlaqәli Xәbәrlәr