AMB prezidenti: “Yüksək inflyasiya hər kəsin ortaq problemidir”

Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard: “Yüksək inflyasiya hər kəsin ortaq problemidir”.

1841032
AMB prezidenti: “Yüksək inflyasiya hər kəsin ortaq problemidir”

Kristin Laqard, Avropa Mərkəzi Bankının Rəhbərlik Şurasının iclasından sonra Amsterdamda mətbuata açıqlama verib.

Yüksək inflyasiyanın hər kəs üçün əsas problem olduğunu ifadə edən Laqard, Ukraynadakı müharibənin təsiri də daxil olmaqla, enerji və ərzaq qiymətlərinin artması səbəbindən May ayında inflyasiya nisbətinin gözləniləndən daha yüksək seviyyəyə çatdığını deyib.

Rusiya -Ukrayna müharibəsinin Avropa qitəsi başda olmaqla iqtisadiyyatları sıxışdırdığını, qlobal ticarəti əngəllədiyini, material qıtlığına, enerji və əmtəə qiymətlərinin artmasına səbəb olduğunu ifadə edən Laqard, enerji qiymətlərindəki artışdan qısa müddətdə iqtisadi fəaliyyətlərin zərər görəcəyinə diqqət çəkib. O vurğulayıb ki, uçot dərəcəsinin artırılmamasına dair qərar Avropa Mərkəzi Bankının iclasında yekdilliklə qəbul edildi. Lakin İyul ayında uçot dərəcisi artırıla bilər.

Qeyd edək ki, Avropa Mərkəzi Bank 2022-ci il üçün Avrozonada iqtisadi artım proqnozunu 3,7 faizdən 2,8%-ə, gələn il üçün isə 2,8%-dən 2,1%-ə endirib. 2024-cü il üçün isə artım gözləntisini 1,6%-dan 2,1%-ə, inflyasiya proqnozunu isə martda 5,1 faizdən 6,8 faizə, gələn il inflyasiya proqnozunu 2,1 faizdən 3,5 faizə, 2024-cü il üçün isə 1,9 faizdən 2,1-ə yüksəldib.



Әlaqәli Xәbәrlәr