“Twiter” kommersiya və hökumət istifadəçiləri üçün pullu ola bilər

Bu barədə sosial şəbəkəni alan amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask adı çəkilən sosial şəbəkədəki səhifəsində məlumat verib

1821864
“Twiter” kommersiya və hökumət istifadəçiləri üçün pullu ola bilər

 

  “Twiter” sosial şəbəkəsi kommersiya və hökumət istifadəçiləri üçün pullu ola bilər. Bu barədə sosial şəbəkəni alan amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask adı çəkilən sosial şəbəkədəki səhifəsində məlumat verib.

  "Twiter” ümumi istifadəçilər üçün həmişə pulsuz olacaq, lakin kommersiya və dövlət istifadəçiləri üçün kiçik bir ödəniş ola bilər", - deyə, o yazıb.

  Qeyd edək ki, İlon Mask daha əvvəl Amerika platformasını 44 milyard dollara alıb.



Әlaqәli Xәbәrlәr