“Bu şirkətlərin adlarını açıqlamayacağıq, çünki...” C.Uci

İranın rəsmi agentliyi İRNA-ya müsahibəsində nazir ölkənin enerji sahəsində investisiyaları və layihələri haqqında məlumat verərək deyib...

1808469
“Bu şirkətlərin adlarını açıqlamayacağıq, çünki...” C.Uci

 

  İranın neft naziri Cavad Uci son 8 ayda enerji sahəsində yerli və xarici şirkətlərlə 16,5 milyard dollarlıq onlarla müqavilə imzaladıqlarını, lakin sanksiyalardan qorunmaq üçün bu şirkətlərin adlarını açıqlamayacaqlarını bildirib.

  İranın rəsmi agentliyi İRNA-ya müsahibəsində nazir ölkənin enerji sahəsində investisiyaları və layihələri haqqında məlumat verərək deyib: “2021-ci ilin avqustunda hakimiyyətə gələn hazırkı rəhbərliyin dövründə enerji sektoruna əhəmiyyətli investisiyalar qoyulmasını bacardıq: birgə neft-qaz yataqlarının işlənilməsi kimi layihələr üzrə yerli və xarici şirkətlərlə 16,5 milyard dollar dəyərində 55-dən çox müqavilə imzaladıq. Amma bu investor şirkətlərin adlarını açıqlamayacağıq. Bundan sonra da bütün neft müqavilələri üçün bu, bizim prosedurumuz olacaq. Müqavilələrin təfərrüatları və şirkət adlarının heç bir şəkildə paylaşılmasını gözləməyin. Çünki bu açıqlanmalar sanksiyalara yol açır və heç bir fayda gətirmir. Sözügedən investisiyalar ABŞ-ın birtərəfli sanksiyalarından sonra İrandakı enerji layihələrində fəaliyyətini dayandıran Fransanın “Total” şirkətinin sərmayələrindən bir neçə dəfə çoxdur”.



Әlaqәli Xәbәrlәr