“Rusiya-Ukrayna müharibəsi ərzaq böhranı yarada bilər”, A.Quterreş

BMT Təhlükəsizlik Şurasında keçirdiyi brifinqdə Ukrayna və Rusiyadan buğda idxalına arxalanan ölkələrin problem yaşaya biləcəyinə diqqət çəkən A.Qutereş deyib...

1800933
“Rusiya-Ukrayna müharibəsi ərzaq böhranı yarada bilər”, A.Quterreş

 

  Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş xəbərdarlıq edib ki, Rusiya və Ukrayna arasında müharibə Yaxın Şərq və Afrikada ərzaq böhranı yarada bilər.

  BMT Təhlükəsizlik Şurasında keçirdiyi brifinqdə Ukrayna və Rusiyadan buğda idxalına arxalanan ölkələrin problem yaşaya biləcəyinə diqqət çəkən A.Qutereş deyib: "Misir, Livan, Liviya, Somali, Sudan və Yəmən də daxil olmaqla, bir çox ölkə buğdanın təxminən yarısını Ukrayna və Rusiyadan alır.

  Ərzaq, yanacaq və gübrə qiymətləri havaya qalxır, tədarük zəncirləri pozulur. Bu vəziyyət ən çox yoxsulları vurur və bütün dünyada siyasi qeyri-sabitlik və iğtişaşlar toxumu səpir”.

  Qeyd edək ki, mühüm buğda istehsalçısı olan Ukrayna dünyada 5-ci ən böyük buğda ixracatçısıdır. Ümumilikdə isə Rusiya və Ukrayna dünya buğda istehsalının 14 və ixracının isə 29 faizini qarşılayır.

  Xatırladaqki, iki ölkə arasında fevralın 24-dən müharibə gedir.



Әlaqәli Xәbәrlәr